Qonaqlarımızın qalmasını unudulmaz etməsi üçün,
əlimizdən gələni etməyə çalışırıq!
Bütün qonaqlarımıza səhər yeməyi pulsuz təqdim olunur. Səhər yeməyi masaya servis olunur, açıq bufet deyil. Səhər yeməyə daxildir: bal, ağ pendir, yağ, pomidor/xiyar, smetan (qaymaq), çay, çörək, sifarişə uyğun yumurta.
Səhər yeməyin vaxtı: 9:00 – 11:00
Hilltop Heaven-da ailəvi istirahətinizi daha da yaddaqalan etmək üçün peşəkar animasiya komandamız uşaqlar və yeniyetmələr üçün gün boyu müxtəlif əyləncəli və sağlam fəaliyyətlər təşkil edir. Təbiətin qoynunda həm bədən, həm də ruh üçün enerjili və sosial dolu anlar sizi gözləyir!
🌞 Səhər Proqramı (10:00 – 12:00):
* Günü enerjili başlamaq üçün səhər idmanı
• Uşaqlar üçün uyğunlaşdırılmış yoqa və nəfəs məşqləri
• İnteraktiv oyunlar – hərəkətli, düşündürücü və sosial bacarıqları inkişaf etdirən oyunlar
🌆 Axşam Proqramı (19:00 – 21:00):
* Parkur və hərəkət oyunları – açıq havada əyləncəli və təhlükəsiz fiziki fəaliyyət
• Komanda yarışları – əyləncə ilə yanaşı sağlam rəqabət və motivasiya
• Flashmob və sürpriz şoular – qonaqlarımız üçün unudulmaz görüntülər və kollektiv əyləncə
🎁 Hər gün iştirak edən uşaqlar arasında qaliblərə hədiyyələr, komandalar üçün sürprizlər nəzərdə tutulur. ✨ Animasiya proqramımız Hilltop Heaven ərazisində, xüsusi ayrılmış yaşıl sahədə həyata keçirilir və komandamız tərəfindən birbaşa idarə olunur.
Restoranımızda Azərbaycan və dünya mətbəxindən ən seçmə təamları dadın. Şefimizin hazırladığı ləziz yeməklər, rahat və klassik atmosferdə unudulmaz anlar yaşamağınıza imkan yaradır.
Sağlam həyat tərzini qorumaq üçün müasir idman zalından istifadə edin. Bütün səviyyələr üçün uyğun avadanlıq və geniş məkanla hər kəs öz məşqini rahatlıqla edə bilər.
Rahatlatıcı SPA və təmiz hovuzumuzda dinclik tapın. Masaj, sauna və müxtəlif terapiya xidmətlərimizlə bədəninizə və ruhunuza tam istirahət verin.
Stress və yorğunluğu aradan qaldırmaq üçün peşəkar massaj xidmətimizdən faydalanın. Müxtəlif massaj texnikaları ilə rahatlayın, bədəninizə enerji və rahatlıq qazandırın.
Bioenerji masaj — 30 azn
Hicama masaj — 50 azn
Relaxing masaj — 35 azn
RF kovitasiya — 25 azn
Selulit masaj — 35 azn
Zəli ilə terapiya — 60 azn
Üz masaj/baxım — 20 azn
30 dəqiqə masaj — 25 azn
Uşaqlarınızın maraqlı və təhlükəsiz bir mühitdə əylənməsi üçün xüsusi olaraq hazırlanmış əyləncə mərkəzimizdən faydalanın. Təcrübəli nəzarətçilərimiz uşaqlarınızın hər anını xoşbəxt keçirir.
